Deputat hesabat verdi- ÖZƏL
6 Fevral 2024 10:49 SiyasətMillət vəkili Ceyhun Məmmədov deputat fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Deputat fəaliyyətimizlə bağlı hesabatı geniş ictimaiyyətə təqdim etmək artıq ənənə halını almışdır. Bu məqsədlə sizə 2023-cü ilin payız sessiyası dövründə gördüyümüz işlərə dair hesabatı təqdim edirik. Qeyd etmək lazımdır ki, bu hesabat dövründə də seçicilərimizin qayğı və problemləri ilə yaxından maraqlanmış, onları narahat edən məsələlərin operativ həllinə çalışmışıq. Ötən dövrlər ərzində bunun öhdəsindən gəlmək üçün var gücümüzlə çalışdıq.
Eyni zamanda, ölkə başçısının vətəndaşların müraciətlərinə daha həssas yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq seçicilərlə səmərəli iş qurduq, bu yolda bütün inkanlarımızı səfərbər etdik. Xüsusən də şəhid ailələri, qazilər və sosial həssas qruplara daxil digər insanları daim diqqət mərkəzində saxlamaq üçün səylə çalışdıq.
Bundan sonra da daha güclü Azərbaycan naminə bizə göstərilən etimadı doğrultmağa çalışacaq, sizi narahat edən məsələləri daima diqqətdə saxlayaraq həlli yolunda addımlar atacağıq".