FHN Türkiyədə baş verən zəlzələnin ildönümü ilə bağlı başsağlığı VERDİ
6 Fevral 2024 10:25 SiyasətQardaş Türkiyədə böyük insan tələfatı və dağıntılarla nəticələnmiş dəhşətli zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Bu barədə Olaylar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, zəlzələ baş verdikdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, FHN-in qüvvələri bacı-qardaşlarının yardımına yetişib:
"Dağıntılar altından insanların xilas olunması, səhra hospitalları və çadır şəhərciklərinin qurularaq zərərçəkmişlərə zəruri xidmətin göstərilməsi, humanitar yardımın çatdırılması kimi əməliyyatları uğurla yerinə yetirib. Həm sevincli, həm də kədərli günündə səninləyik."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31