Bu xalq artıq tükənmək üzrədir-Sultan Zahidov- ÖZƏL
5 Fevral 2024 21:32 Siyasət"Son 1 həftədir ki, Fransaya məxsus Korsika adasında geniş miqyaslı etiraz aksiyaları baş tutmaqdadır".
Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Etirazçıların əsas niyyəti Korsikanın azadlığı, Korsika xalqının hüquqlarının tanınması, Fransız polislər tərəfindən həbs olunmuş azadlıq hərəkatı nümayəndələrinin azad olunmasıdır. Qeyd etmək lazımdır ki, Korsikada artıq uzun illərdir ki, azadlıq hərəkatı baç verməkdədir. Artıq bir neçə onillikdir ki, Korsikanın siyasi nümayəndələri, xalqı müxtəlif səpkili etiraz aksiyaları keçirərək Fransadan müstəqillik tələb etmiş, lakin Fransa hökuməti heç bir zaman onların səslərini eşitməmişdir. Son 1 ildə biz bu nümayişlərdə intensivliyin şahidi oluruq. Xatırlatmaq lazımdır ki, ötən ilin martında fransız həbsxanalarının birində mühafizəçinin amansız işgəncəsi nəticəsində Korsika azadlıq hərəkatının liderlərindən biri öldürülmüş, bu hadisə Korsikanın müxtəlif şəhərlərində insanların ayağa qalxmasına səbəb olmuş və həmin xalq hərəkatı da Fransa polisi tərəfindən qəddarcasına yatırılmışdır. Təxminən bir həftə öncə Korsikada "Nazione" adlı yeni siyasi partiya yarandı. Bu partiyanın əsas məqsədi Korsika xalqının hüquqlarının təmin olunması və Korsikanın azadlığıdır. Bununla belə qeyd olunmalıdır ki, partiya yarandıqdan iki gün sonra Fransa polisi tərəfindən partiya fəallarının evləri basılmış, onların övladlarının gözləri qarşısında partiya fəalları polislər tərəfindən döyülmüş, onlardan bir neçəsi həbs olunmuşdur. Bu hadisə Korsikada xalqın növbəti dəfə coşaraq meydanlara axışmasına vəsilə oldu. Həmin vaxtdan bu günə kimi Korsikada daimi şəkildə etitaz aksiyaları davam etməkdədir. Qeyd etmək lazımdır ki, bütün bu etiraz aksiyaları eyni zamanda, Fransanın daxili işlər nazirinin Korsika adasına səfəri ərəfəsində baş verməkdədir. Bütün bunlar onu göstərir ki, Korsikada xalq fransız rejiminin oppressiv siyasətindən narazıdır. Artıq Korsika xalqının bir çox nümayəndələri, həm intellektuallar həm sadə xalq nümayəndələri öz müsahibələrində bəyan etmişlər ki, Korsika xalqı artıq Fransanın daxilində ondan asılı yaşamaq istəmir. Korsikanın öz dili, öz mədəniyyəti, öz tarixi var. Bütün bunlar onu göstərir ki, birincisi, Makronun rəhbərliyi ilə Fransa digər etnik azlıqlara qarşı qeyri-tolerant münasibət bəsləyir, fərqli xalqların nümayəndələrinə qarşı ksenofobiya və diskriminativ siyasət yürüdülməkdədir. Digər milli azlıqların hüquqları gər vəcdlə tapdalanır, onların səsləri eşidilmir. Halbuki, 1789-cu il inqilabından sonra yaranmış Fransanın əsas inqilabi devizi "bərabərlik, qardaşlıq və azadlıq" idi. Bu devizdə səsləndirilən prinsiplərin heç birini hazırki Makron rejimi tərəfindən rəhbər götürülmədiyinin şahidi oluruq. Bərabərlik bütüm xalqlara bərabər hüquqların verilməsi, onların səslərinin eşidilməsi və tanınmasıdır ki, Fransa hökuməti tərəfindən biz analoji addımların şahidi olmuruq. Qeyd etmək lazımdır ki, ötən il Fransanın Korsikadakı prefekti, yəni, ən ali nümayəndəsi tərəfindən qərar verilmişdi ki, Korsikada dövlət və ictimai işlərdə yalnız fransız dili istifadə olunsun. Bu qərar da Korsikada xalqın ayağa qalxmasına səbəb oldu. Çünki, qərar öz-özündə diskriminativ xarakter daşıyırdı. Korsika adasının böyük hissəsini təşkil edən, 150 mim nəfərlik Korsika əhlini, öz ana dilinfə, doğma dilində ictimai yerlərdə danışmaq hüququndan məhrum edirdi. Bu sözsüz ki, növbəti dəfə diskriminativ siyasətin təzahürüdür. Fransanın həm daxildəki, həm də beynəlxalq arenadakı nüfusunu aşağı salan faktorlardan biridir. BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO hesabatında qeyd etmişdir ki, Korsikanın 150 min əhalisi var və bu əhali özünəməxsus mədəniyyətə, dilə malikdir. Bu xalq artıq tükənmək üzrədir. Fransızların həyata keçirdiyi assimlyasiya nəticəsində xalq yavaş-yavaş öz mədəniyyətini, dilini unudur ki, bu da artıq etnik azlıq kimi korsikalıların yer üzərindən silinməsinə gətirib çıxara bilər. Biz burada bir daha Fransanın neoimperialist postkolonial siyasətinin təzahürlərinin şahidi oluruq".