Xalq rəssamı: “Azərbaycan xalqı davamlı inkişafa, yaradıcılığa, yüksək mədəniyyətə, sülhə və sabitliyə səs verəcək”

"Hər il Bakıya gələrkən paytaxtımızda baş verən müsbət dəyişikliklər məni sevindirir və qürur hissi keçirməyimə səbəb olur. Paytaxtımız tədricən gözəlləşir. Bunu Bakının bütün qonaqları qeyd edir. Azərbaycan vətəndaşı kimi fəxrlə gedib seçkilərdə iştirak edəcəyəm". Bu fikirləri secki-2024.az saytına açıqlamasında UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Avropa Azərbaycan Mədəniyyət İşçiləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Xalq rəssamı Əşrəf Heybətov deyib.

Xalq rəssamının sözlərinə görə, o, müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın geniş şəkildə dirçəlişinə tam və qəlbdən kökləndiyi üçün kimə səs verəcəyini artıq müəyyənləşdirib.

"Bu gün Azərbaycan sabit iqtisadiyyata malik regional liderə çevrilib. Qarabağı və Şərqi Zəngəzuru bizə qaytaran güclü, müasir orduya malikik. İşğaldan azad edilmiş torpaqlarda bütöv kənd və şəhərlərə tədricən həyata qayıdır", - deyən Əşrəf Heybətov sonda əminliyini bildirib ki, Azərbaycan xalqı seçkidə davamlı inkişafa, quruculuğa, yüksək mədəniyyətə, sülhə və sabitliyə səs verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31