Fransa tarixini çox tez unudur-Kazım Kazımov- ÖZƏL
5 Fevral 2024 18:40 Siyasət"Fransanın kolonialist maraqları və bu niyyəti tarixin arxa səhifələrində qalmayıb".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Birilik ki, İkinci Dünya müharibəsində məğlubiyyəti və arxasınca Qərb koalisiyası tərəfindən azad edilməsindən sonra Fransa dünyadakı bütün böyük iddialarını itirdi. Bir növ Qərbdən, xüsusən, ABŞ-dən asılı hala gəlmiş bir ölkəyə çevrildi. Lakin Fransa tarixini çox tez unudur. Fransa artıq 1970, 1980-ci illərdən, xüsusən də 2010-cu illərdən sonra dünyada yenidən beynəlxalq iddialar yaratmağa başlamışdı. Belə ki, biz bu gün Fransanın Cənubi Qafqazda, Şimali Afrikada, Yaxın Şərqdə aktivləşmək cəhdlərini yaxından görürük. Belə olan halda Fransa özünün siyasi gücünə baxmalıdır. Bu gün uzun illərdir işğal etdiyi torpaqlarında belə düz-əməlli qanun, hüquq qoruya bilmirsə, beynəlxalq siyasətdə öz gücünü necə göstərəcək? Demək olar ki, Fransanın artıq həm Cənubi Qafqaz, həm Şimali Afrika, həm də Yaxın Şərq siyasəti iflasa uğramışdır.Korsikanın özəl durumuna gəldikdə təəssüflər olsun ki, Korsika uzun illərdir ki, Fransanın hökmranlığı altındadır, inkişaf edə bilmir, Avropa adası olmasına baxmayaraq digər Avropa ölkələri ilə müqayisədə Korsikada əhalidə adambaşına düşən milli gəlir də, digər sahələrdə də bir çox Avropa ölkəsindən ittifaq içərisində geridə qalır. Onlar sadəcə iqtisadi cəhətdən deyil, milli kimlik məsələsində də sıxışdırılır. Keçdiyimiz aylarda Korsikada dövlət işlərində milli dilin istifadə olunması qadağan edildi. Bu Fransanın basqısı ilə həyata keçirildi. Öz xalqının milli maraqlarını müdafiə edən bir çox korsikalı Fransa hökuməti tərəfindən həbs edildi. Belə olan təqdirdə təbii ki, korsikalılar yeni bir siyasi hərəkat qurdular. Bu siyasi hərəkatı da Fransa məhkəmə, ordu, polis zoru ilə yatızdırmağa çalışır. Birincisi, dünya artıq 1700-cü illərin dünyası deyil, Fransa Afrikada etdiyi zülmləri Korsikada çox rahat edə bilməz. Biz bilirik ki, Korsikanın azadlığı, hüquqları uğrunda bir çox ölkə mübarizə aparır. O cümlədən, Korsikanın bu haqlı iddialarını Azərbaycan da dəstəkləyir. Fransanın bu ağlasığmaz mövqeyi məğlub olacaq. İkincisi, böyük ehtimalla qarşşıdakı zamanda Korsika onsuz da müstəqilliyinə qovuşacaqdır. Fransa həqiqətən korsikalıları düşünürsə, birincisi onun iqtisadi vəziyyəti, ikincisi isə milli maraqları təmin edilməlidir".