Ermənistan Cənubi Qafqazda Fransanın sataleti rolunu oynayır-Vüqar Əhmədov- ÖZƏL

"Rövşən Məmmədov haqlıdır, Fransa Ermənistanın vasitəsi ilə Azərbaycana qarşı ildırım sürətli müharibəyə başlaya bilər, onların hərəkətləri buna bilavasitə hazırlığın aparılmasına dəlalət edir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Avropada buna Blitzkrieg planı də deyirlər. Avropanın bu sahədə geniş təcrübəsi var və indi onu təəssüf ki, Cənubi Qafqazda tətbiq etmək istəyir, bununla Fransa Afrikada üzləşdiyi boşluğu öz vassalı vasitəsilə doldurmaq istəyir. Bu gün Ermənistan Fransanın Cənubi Qafqazda sataleti rolunu oynayır. Məhz bu məqsədlə biz Fransa tərəfindən Ermənistanın davamlı silahlandırılmasının, Azərbaycanla sərhədə Avropalı hərbiçilərin yerləşdirilməsinin şahidi oluruq. Daim məğlubiyyət kompleksi yaşayan və daxildəki siyasi uğursuzluqları örtbasdır etmək istəyən Fransa Cənubi Qafqazda vəziyyəti qarışdırmaqla özünə divident axtarışındadır. Əks halda Fransız və digər Avropalı hərbçilərin Azərbaycanın sərhədləri yaxınlığında nə işi var. Azərbaycanın da bu cür təxribatlara qarşı preventiv tədbirlər görmək haqqı var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31