ŞƏT-in müşahidəçilər missiyası Bakıya gəldi
5 Fevral 2024 16:16 SiyasətAzərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
Olaylar.az xəbər verir ki, ŞƏT-in mətbuat xidmətindən məlumat yayıb.
Məlumata görə, müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.
Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31