Azərbaycanda iqtisadi inkişafla sosial siyasətin dərinləşməsi paralel şəkildə aparılır- ÖZƏL
5 Fevral 2024 14:36 Siyasət"Azərbaycanın dinamik iqtisadi inkişafından bəhs edərkən ölkəmizdə sosial siyasətin məzmunca genişlənməsini qeyd etmək lazımdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ağalar Vəliyevin sözlərinə görə, respublikamızda iqtisadi inkişafla sosial siyasətin dərinləşməsi paralel şəkildə aparılır: "Başqa sözlə desək, respublikamızın iqtisadi-maliyyə imkanlarının genişlənməsi bilavasitə sosial siyasətdə öz əksini tapır. İmkanlar artdıqca vətəndaşların rifah halının yaxşılaşmasına daha böyük həcmlərdə vəsaitlər ayrılır. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq müvafiq xidmətlərin xətti ilə büdcəyə gələn bütün əlavə vəsaitlər də sosial islahatların reallaşdırılmasına yönəldilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31