Ərazilərimiz üzərində suverenliyimizi tam və qəti təmin etdikdən sonra yeni tarixi reallıq yaranıb- ÖZƏL

"Müstəqillik dövründə ölkəmizdə keçirilən həm prezident, həm parlament, həm də bələdiyyə seçkiləri heç bir zaman bütün ölkə ərazisini əhatə etməmişdir. Seçkilər həmişə 80% ərazilərimizdə keçirilmiş, erməni işğalı altında olan 20% ərazilərimiz  bu prosesdən kənarda qalmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib: "2020-ci ilin sentyabr-noyabr ayrlarında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüzü bərpa etdikdən və 2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirlər hesabına Qarabağ iqtisadi rayonu üzərində suverenliyimizi tam və qəti təmin etdikdən sonra yeni tarixi reallıq yaranmışdır. Bu reallığın, yəni ərazi bütövlüyümüz və suvernliyimizin 100 % təmin edilməsinin beynəlxalq birlik və ictimaiyyət tərəfindən yubadılmadan, vaxtında qəbul edilməsi növbəti strateji vəzifəyə çevrilmişdir. Bu vəzifənin uğurlu icrası bütün Azərbaycan ərazisində 2025-ci ili gözləmədən növbədənkənar prezident seçkilərinin keçirilməsini zəruri edən həlledici amildir. Başqa sözlə, növbədənkənar prezident seçkiləri ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31