Xankəndidə erməni qadınla azərbaycanca müsahibə - VİDEO
5 Fevral 2024 10:41 Siyasətİctimai TV Xankəndidə yaşayan erməni sakinlərdən biri ilə həmsöhbət olub.
Olaylar.az xəbər verir ki, bu, Tuğda doğulmuş və hazırda Xankəndidə tək yaşayan Larisa Stepanyandır.
O, söhbətində vətəni olaraq Azərbaycanı gördüyünü bildirib. 70 yaşlı qadın bu illər ərzində gördüklərindən, azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Araik Arutyunyanın unu gizlətməsindən bəhs edib.
Təmiz azərbaycanca danışan Stepanyan Xankəndidə dolanışığından razılıq edib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31