Səadət Kərimi: ”Bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edəcək”
4 Fevral 2024 12:01 Siyasət"Azərbaycanın son illər əldə etdiyi böyük zəfərlər millətimizin yenidən doğulması və ölkə həyatının hər bir sahəsində yeniliklərin baş verməsinə ciddi təkan verib". Bu fikirləri secki-2024.az saytına açıqlamasında riyaziyyat üzrə elmlər doktoru, İsveçdə iki universitetin dosenti, "Qobustan" Azərbaycan Aydınlar Ocağının rəhbəri Səadət Kərimi deyib.
O bildirib ki, bu qələbələr Azərbaycanın xaricdəki diaspor nümayəndələrini də ruhlandırıb: "Çox geniş, əhatəli və mürəkkəb fəaliyyət sahəsi olan diaspor işinin son dövrlərdə koordinasiya edilməsi sahəsində ciddi uğurlar əldə edilib. Bir diaspor nümayəndəsi kimi mən də Vətənim Azərbaycanı həmişə parlaq görmək istəyirəm. 7 fevral seçkiləri də məhz bu baxımdan əhəmiyyətlidir".
Prezident seçkilərinin əhəmiyyətinə toxunan diaspor rəhbəri bildirib ki, bu seçkilər Azərbaycanın gələcəyini müəyyən edəcək: "Döyüş meydanında böyük qələbə qazanan Azərbaycan bu seçkilərlə həmin qələbənin nəticələrini möhkəmləndirəcək"