Laçında seçki məntəqəsində 1464 seçici qeydiyyata alınıb
3 Fevral 2024 12:40 Siyasət121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsində 1 464 seçici qeydiyyata alınıb.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, məntəqə Mərkəzi Seçki Komissiyası tərəfindən bütün lazımi avadanlıqlarla təmin edilib.
Məntəqə üzrə ən yaşlı seçicinin 96 yaşı var və bu yaşda olan iki nəfər fevralın 7-də səyyar seçki qutusu ilə evlərində səs verəcəklər.
Bundan başqa, seçicilərin tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31