“Biz müharibəyə başlamayacağıq, lakin zülmə sərt cavab verəcəyik”-İran prezidenti Rəisi- ÖZƏL

İran prezidenti İbrahim Rəisi ölkəsinin müharibəyə başlamaq niyyətində olmadığını, lakin istənilən "tiranlığa" sərt cavab verəcəklərini bildirib.

Olaylar.az xəbər verir ki, Rəisi Fars körfəzi sahillərində yerləşən Hörmüzqan vilayətinə səfəri zamanı ictimaiyyətə müraciət edib.

Son günlərdə ABŞ ilə artan gərginliyə toxunan Rəisi, "Biz müharibəyə başlamayacağıq, amma zalım bir ölkə və ya güc hər hansı bir zorakılıq etmək istəsə, İran onlara sərt cavab verəcək",-deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31