“Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” Şuşada mətbuat konfransı keçirir
2 Fevral 2024 16:14 SiyasətABŞ-nin "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğu keçirib.
Olaylar.az xəbər verir ki, sorğunun nəticələri ilə bağlı Şuşa şəhərində mətbuat konfransı başlayıb.
Qeyd edək ki, "Oracle Advisory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək üçün Mərkəzi Seçki Komissiyasından akkreditasiyadan keçib.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31