Müdrik şəxsiyyətin siyasi kurs İlham Əliyev tərəfindən davam etdirilir- ÖZƏL
2 Fevral 2024 15:26 Siyasət"Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyalar bu gün də aktualdır. Müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir". "Olaylar" xəbər verir ki, bunu Millət vəkili Kamilə Əliyeva deyib:
"Cənab Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqramlarını təsdiq edib. Dövlət başçımız 2007-ci il "Gənclər ili" elan edib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb. Ölkə başçısı tərəfindən 2011-ci il dekabrın 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yaradılması gəncliyin inkişafında mühüm rol oynadı. Bu günə qədər Fond tərəfindən 4545 layihə maliyyələşdirilib. 2018-ci ildən isə həmin qurum yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb".