Gənclərimiz öz adlarını xalqımızın müasir tarixinə qızıl hərflərlə yazdılar- ÖZƏL
2 Fevral 2024 14:46 Siyasət"Bu gün hər kəs Azərbaycan gəncinin vətənpərvərliyindən, torpaq sevgisindən bəhs edir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əliaabbas Salahzadə deyib: "Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın müasir tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Genişmiqyaslı bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin qayıdış ünvanlarının sayının artması ilə müşaiyət olunur. Azərbaycan gəncləri bu gün bayramlarını xoş ovqatda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasının sevincini yaşayaraq qeyd edir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Suverenliyimizin tam təmin olunması ilə qalib Azərbaycan yeni dövrə qədəm qoyur. Bu dövrün çağırışları gənclərimizin də qarşısına mühüm vəzifələr qoyur. Daim yenilik axtarışında olan gənclərimiz onların hərtərəfli inkişafı üçün yaradılan imkanlardan səmərəli istifadə edərək bu vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklər. Gənclərimizə inam böyükdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Gənclərimiz torpaq, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclər hərbi qələbələrimizi şərtləndirdilər".