Bu bölgədə ciddi gərginliyə səbəb olacaq bir amildir-Oqtay Qasımov- ÖZƏL
2 Fevral 2024 14:26 Siyasət"Əlbəttə ki, Azərbaycan ictimaiyyəti 40 günlük müharibə bitdikdən sonra ekspertlər və siyasətçilər səviyyəsində hər zaman Ermənistan konstitusiyanın dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıblar".
Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Belə ki, bu konstitusiyada həm Azərbaycana, həm Ermənistana ərazi iddiaları mövcuddur və bu konstitusiyanın preambluasında da açıq şəkildə ifadə olunub. Məhz bu səbəbdən sülh danışıqları prosesində Azərbaycan tərəfi bunu Ermənistanın diqqətinə çatdırmağa çalışır. Ermənistan tərəfi bu məsələlərdən nəticə çıxarmalıdır. Hakimiyyətin başındakı şəxs olaraq Nikol Paşinyan və digərləri bu problemi çox anlayırlar. Ona görə də Paşinyan hələ noyabr ayında konstitusiyanın dəyişilməsi ilə bağlı fikirlər səsləndirmişdir, yenidən yazılmasını qeyd etmişdi. Bu dəfə daha açıq tekstlə bu ifadələri səsləndirdi. Erməni cəmiyyətini təbii ki, aldatmağa çalışır ki, konstitusiyanın bu formada qalması və dəyişdirilməməsi Azərbaycan və Türkiyə tərəfindən onlara qarşı ərazi iddiasının davam etməsi kimi qəbul edəcəklər. Bu da ölkələr arasında münasibətə ümumiyyətlə, bölgədə sülh prosesinə ciddi zərbə vuracaq. Bu baxımdan Ermənistan və erməni cəmiyyəti nəhayət rasional düşüncəyə öyrəşməli və konstitusiyanın dəyişikliyi ilə bağlı məsələdə konkret addımlar atmalıdırlar. Bir daha qeyd edirəm, əks halda bu bölgədə ciddi şəkildə gərginliyə səbəb olacaq bir amildir. Ona görə Azərbaycan Xarici İşlər Nazirliyi də bir neçə gün öncə Çexiyanın parlament rəhbərinin Ermənistandakı bəyanatlarına cavab olaraq məhz Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məsələni xüsusi qeyd etdi".