Gənc seçici: “İnanıram ki, 7 fevral seçkilərində də ən fəal zümrə gənclər olacaqlar”

"Qalib ölkənin seçicisi olmaq xüsusi qürurverici hissidir. Gənclər ölkəmizin ictimai-siyasi proseslərində hər zaman aktiv rolu ilə seçilir. İnanıram ki, 7 fevral seçkilərində də ən aktiv zümrə məhz gənclər olacaq". Bu fikirləri secki-2024.az saytına açıqlamasında seçkilərdə ilk dəfə səs verəcək gənc seçici Nigar Əliyeva deyib.

O bildirib ki, ilk səsvermə hüququndan məhz 7 fevralda - Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək seçkilərdə istifadə edəcək: "Bu, xüsusi bir hissdir. Bir Azərbaycan gənci olaraq öz azad seçimimi edəcəm. Həm televiziyadan, həm də dövrü mətbuatdan seçki platformaları ilə tanış olmaq imkanımız var". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31