Yerevan və Tiflisi Moskvaya qarşqı birgə hərəkət etməyə sövq edirlər- ÖZƏL

"Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması, Qərbin təlimatı əsasında reallaşıb. Gürcüstanın hakim partiyasının Azərbaycana qarşı isti siyasəti olmayıb. Buna baxmayaraq geosiyasi reallıqlar fonunda Azərbaycanla əməkdaşlıq etməkdə məcburdurlar. Ümumiyyətlə, rəsmi Tiflis Zəngəzur dəhlizinin açılmasını özünün regional tranzit rolunun zəifləməsi kimi qəbul edir". "Olaylar" xəbər verir ki, bunu deyən MCP Başqan müavini Məhəmməd Əsədullazadənin sözlərinə görə, Gürcüstan Azərbaycan əlaqələri Qarabağ məsələsi həll olunduqdan sonra, yeni mərhələyə keçib: "Bu prosesi əvvəlki müstəvidə saxlamaq olmayacaq. Rəsmi Tiflis Ermənistana silah tədarükünə də şərait yaradacaq. Gürcüstan hökuməti hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanla problemi yoxdur. 
Qeyd edim ki, müharibədən əvvəl Gürcüstan Azərbaycanı bir çox məsələlərdə nəzərə alıb. Əlbəttə ki, Azərbaycanda Gürcüstanı siyasi-iqtisadi olaraq dəstəkləyib. Hazırda siyasi şərtlər dəyişib. Qərbdən Cənubi Qafqaza ciddi təsir və təzyiq var. Yerevan və Tiflisi Moskvaya qarşqı birgə hərəkət etməyə sövq edirlər. Azərbaycani da prosesə qoşulmaq üçün təzyiq olunur. Halbuki Azərbaycan Qarabağ məsələsini həll etdikdən sonra Rusiyanın regionda mövqeyinə sarsıdıcı zərbə vurub. Qərbin artan təzyiqləri məhz Azərbaycanın Rusiyaya qarşı açıq platformada yer almamasıdır.  
Azərbaycan anti-Rusiya platformasında yer alması ölkəmizin maraqlarına mənfi təsir edə bilər. Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycan müstəqil siyasət aparıb. Ona görə də hazırkı proseslərdə Azərbaycan müəyyən qədər çətinliklə qarşılaşıb. Problemin həlli mürəkkəb olaraq qalır və Azərbaycandan seçim etmək tələb olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31