Yeni Zelandiya Qəzzadakı fələstinlilərə humanitar yardım göndərəcək

Yeni Zelandiya Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinlilər üçün 3 milyon dollarlıq humanitar yardım göndərəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

Məlumata görə, yeni yardım paketi BMT Uşaq Fondu (UNICEF) və BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) arasında bərabər bölünəcək.

Həmçinin Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters İsrail hökumətini Qəzza zolağında humanitar yardımın bölüşdürülməsində köməklik göstərməyə və Qəzza zolağında və İordan çayının qərb sahilində fəaliyyət göstərən xeyriyyə təşkilatlarının əməkdaşları üçün viza əldə edilməsi prosesini sadələşdirməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31