Gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümü- ÖZƏL
2 Fevral 2024 12:06 Siyasət"Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Azərbaycanın dövlət müstəqilliyinin daimi, əbədi, dönməz, sarsılmaz olduğunu önə çəkən Ümummilli Lider daim bu çağırışı etmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. O, gənclərimizin gələcəyinə böyük inamla yanaşır, bu etimadı yüksək səviyyədə doğruldacaqlarına əmin idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, son 20 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərimizin hərtərəfli inkişafı üçün bütün zəruri addımları atır və onlara böyük etimad göstərir: "Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Dövlət başçısının Sərəncamları əsasında 2007-ci ilin ölkəmizdə "Gənclər İli", 2020-ci ilin isə "Könüllülər İli" elan edilməsi, müxtəlif Dövlət Proqramlarının qəbulu və uğurlu icrası, gənclərin dövlət idarəçiliyində irəli çəkilməsi və sair kimi biri-birindən mühüm addımlar gənc nəslin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün görülən işlərdə töhfələrini artırmasını şərtləndirdi. Azərbaycan gəncləri hər zaman müasir dünyagörüşə, sağlam düşüncəyə, savada, biliyə malik, vətənpərvər gənclik kimi diqqətdə olub".