Seçkilərə ictimai maraq yüksək səviyyədədir- ÖZƏL
2 Fevral 2024 11:48 Siyasət"Ölkəmizdə seçkiöncəsi vəziyyət kifayət qədər normaldır. Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq yüksək səviyyədədir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadənin sözlərinə görə, hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub: "Seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir".
Onun sözlərinə görə, seçkilərlə bağlı başqa bir diqqət çəkən məqam ondan ibarətdir ki, prosesə ciddi beynəlxalq maraq müşahidə olunur: "Bu da bir neçə amillə əlaqədardır. Əvvəla, bu seçkilər regionda kifayət qədər strateji mövqeyə sahib olan, həmçinin beynəlxalq münasibətlər sisteminin güclü aktoru kimi çıxış edən Azərbaycanın gələcək dövrdəki inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək. Eyni zamanda, bu seçkilərin nəticələri regionun inkişafı baxımdan da əhəmiyyətlidir".