Seçki məntəqələrində mindən çox kamera quraşdırılıb - XRİTDX rəis müavini

Azərbaycanda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar olaraq, seçki məntəqələrində mindən çox kamera quraşdırılıb.

Olaylar.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisinin müavini, general0mayor Allahverən İsmayılov jurnalistlərə deyib.

"Bildiyiniz kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. Bu hadisə ilə əlaqədar olaraq, XRİTDX-də işçi qrup yaradılıb. İşçi qrupa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Servis Mərkəzimizin Seçki Komissiyası, bir çox özəl qurumlar daxil olacaq. İlk gündən işçi qrupumuzun fəaliyyət planı təsdiqlənib və işimizi fəaliyyət planına uyğun olaraq qurduq. Beləliklə, çox qıs müddətə ərzində 6 mindən çox məntəqə yaradılıb və hər biri müasir müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. Seçki məntəqələrində mindən çox kamera quraşdırılıb", - o deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31