Qəhrəman ordumuzun gücü və xalqın birliyi ilə Zəfər əldə edildi- ÖZƏL
2 Fevral 2024 11:38 Siyasət"Ali Baş Komandanın uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olub". "Olaylar" xəbər verir ki, bunu deyən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadənin sözlərinə görə, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun gücü və xalqın birliyi ilə Zəfərlə sona çatdı: "O zaman İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoyduq. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi zərurətdən irəli gəlib. Həmçinin ötən il sentyabrın 20-də şanlı ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam təmin etdi. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı".