Quruculuq və tərəqqi dövlətçilik tariximizin yeni mərhələsi olacaq-ə ÖZƏL

"Gənclər Günü Avropa ölkələrində və postsovet məkanında ilk dəfə məhz Azərbaycanda təsis edilmişdir. Bizim gəncliyimizin təsadüf etdiyi 80-ci illərdə və sonrakı 90- larda yarızarafat bir deyim var idi: Uşaqlar var, şərait yoxdur!"  "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Quliyev deyib: "Əslində uşaqlar həmişə olub, onları tam qane edən şərait isə heç zaman olmayıb. Həyat öyrədir ku, bu şəraiti özümüz özümüzə yaratmalıyıq. Tez- tez eşidirik ki, gəncliyə daha çox qayğı göstərilməlidir. Mənim fikrimcə daha çox qayğı uşaqlara göstərilməlidir və bu qayğı həm də onları böyük həyata hazırlamağa hədəflənməlidir. Gəncliyə isə meydan verilməlidir, daha böyük məqsədlərə çatmaq üçün daha böyük meydan!  Torpaqlarımızın işğaldan azad edilməsi tarixi hədəflərimizdən biri idi. Bu hədəfi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi fəth etdi! Dövlətimizin  növbəti hədəfi isə, bərpa quruculuq, tərəqqi və böyüməkdir!
Bu milli dövlətçilik tariximizin yeni mərhələsi olacaqdır və bu mərhələ 7 fevral 2024- cü il tarixdən başlayacaqdır. İnanıram ki, inkişafımızın lokomotivi olan  Azərbaycan gəncliyi  gənclərin ən yaxın dostu və lideri cənab İlham Əliyevin yanında olduğunu öz gur səsi ilə dünyaya bir daha bəyan edəcəkdir!
Azərbaycan gəncliyi yaradıcıdır, enerjilidir, vətənpərvərdir, millidir, qəhrəman bir nəsildir! Biz gənclərimizə inanırıq, onlarla qürur duyuruq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31