Azərbaycanın ən böyük sərvəti gənclərdir- ÖZƏL
2 Fevral 2024 11:00 Siyasət"Azərbaycanın ən böyük sərvəti-neft, qaz, qızıl, gümüş və sair yox, qalıb Azərbaycan xalqı və onun ən mütəşəkkil, ən mübariz, ən parlaq hissəsi olan gənclərdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əli Məsimlinin sözlərinə görə, 44 günlük Vətən Müharibəsi intelektual müharibə olmaqla yanaşı, həm də gəncliyimizin intelekti ilə vətənpərvərliyin effektif kombinasinın nələrə qadir olduğunu ortaya qoydu: "Bu müharibədəki şanlı qələbəmizin məntiqi diqtə edir ki, qələbəmizi qoruyub saxlamaq və inkişaf etdirmkdən ötrü postmüharibə mərhələsində də biz bütün sahələrdə-iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə rəqabət qabiliyyətli olmalıyıq. Bu yükün əsas hissəsini daha çox vətənpərvər, intellektli, istedadlı, eyni zamanda həm də müasir təfəkkürə malik sağlam düşüncəli, demokratik ruhlu şəxsiyyət kimi formalaşmış gənclərimiz daşıya bilər. Azərbaycanın gələcəyi daha çox həmin keyfiyyətlərə malik bütün şəraitlərdə insan kimi qalmağı bacaran, mübariz gənclərimizlə bağlıdır.
Bu əlamətdar gün münasibətilə qalib xalqın gənclərini və özünü gənc hesab edən hər kəsi ürəkdən təbrik edirəm! Hər zaman canınız sağ, işləriniz avand, həyatınız xoş, parlaq, mənalı, bir sözlə, həyatda yaxşı nə varsa nəsibiniz olsun!"