Qırğız siyasi xadim: “Seçkilər Azərbaycan xalqının tarixində yeni səhifələr açacaq”

"Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri əvvəlki prezident seçkilərindən fərqlənir. Çünki müstəqillik tarixində ilk dəfə olaraq öz əzəli tarixi torpaqlarını işğaldan azad edən və əhalisini azad olunmuş torpaqlara geri qaytarmağa başlayan ölkə açıq və demokratik seçki keçirir. Demokratik və şəffaf seçkilər istənilən xalqın, ölkənin sabitliyinin və firavanlığının təminatçısıdır". Bu fikirləri secki-2024.az saytına açıqlamasında Qırğız Respublikasından olan siyasi xadim Zayırbek Ergeşev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərinin Qarabağı işğaldan azad etdikdən sonra ilk dəfə keçirilməsi əlmətdar hadisədir.

"Siyasi texnologiyalar nöqteyi-nəzərindən hazırkı münbit siyasi vəziyyətdən istifadə edərək, ölkənin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi, Azərbaycanın dünya ictimaiyyətində, beynəlxalq aləmdə nüfuzunun qaldırılması üzrə tədbirlər görmək lazımdır. Ona görə də bu prezident  seçkiləri Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edir və Azərbaycan xalqının tarixində yeni səhifələr açacaq", - deyə Qırğızıstanlı siyasi xadim fikrini yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31