ABŞ İrəvanı tam olaraq Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir-Elmir Səftərov- ÖZƏL

"Sovet İttifaqının dağılmasından sonra ABŞ Cənubi Qafqaz ölkələrinə qarşı ardıcıl yanaşma və strategiya həyata keçirməyə başladı. Ermənistanın və Gürcüstanın Qərbə meyillənməsi aşkar şəkildə görünsə də, Azərbaycan öz balanslaşdırılmış xarici siyasəti ilə geosiyasi mövqeyini gücləndirdi və regionda sabitliyi və əməkdaşlığı özü üçün prioritet istiqamət seçdi. Ölkəmizin yürütdüyü neytral siyasət isə imperialist düşüncəli bəzi qlobal güclərin maraq dairəsində deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib:

"Əvvəllər ABŞ-ın Qafqaza yanaşması daha təmkinli olsa da, İkinci Qarabağ müharibəsinə məhdud reaksiya və ondan sonra Rusiyanın üstünlük təşkil etdiyi atəşkəs Parisin və Vaşinqtonun təsirinin məhdudiyyətli olduğunu göstərdi. Buna görə də ABŞ proseslərdəki təsir funksiyasını yenidən qiymətləndirdi. Bu cür hadisələrin fonunda isə Co Bayden administrasiyası ölkəmizi tənqid etməyə, hətta Azərbaycanın Qarabağ bölgəsindəki separatçı ideologiyanı dəstəkləməyə başlamışdı. Hətta 2023-cü il noyabrın 15-də Qarabağla bağlı Alt Komitənin dinləmələrində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Ochr("39")Braynın açıq şəkildə ermənipərəst bəyanatla çıxış etməsi Vaşinqtonun ölkəmizə qarşı qərəzli yanaşmasının əyani sübutu kimi Azərbaycana qarşı planlı və ardıcıl siyasətin davam idi.  
Digər bir maraqlı məqam isə ABŞ-ın özünü Bakı və İrəvan arasında sülh prosesində səmimi və neytral vasitəçi kimi göstərmək cəhdləri ilə bağlı idi. ABŞ hesab edirdi ki, region dövlətləri arasında normallaşma və iqtisadi əməkdaşlıq gərginliyi azaldacaq və bu da Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarını azaldacaq. Lakin ABŞ-ın bu istəyi ermənipərəst mövqeyi səbəbindən uğursuzluğa düçar oldu. 
ABŞ və Ermənistan da anlayır ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər olarsa, İrəvanın Rusiyaya daha az ehtiyacı olar. Amma məlumdur ki, ABŞ regional sabitlik və sülhdə maraqlı deyil və daha çox öz maraqlarını düşünür. 
Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanmadıqca ABŞ-ın Cənubi Qafqazla bağlı aydın və formal strategiyası mövcud olmayacaq. Çünki ABŞ açıq şəkildə Ermənistanın mövqeyini müdafiə edir, buna paralel olaraq da İrəvanı tam olaraq Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31