Bunların Avropanın mərkəzində baş verməsi  çox böyük təəssüf doğurur-Sahil Kərimli- ÖZƏL

"Fransa hökumətinin Korsikanın yeni müstəqillik hərəkatını yatırmaq üçün repressiyalara əl atması, öz haqlarını tələb edən insanlara amansızcasına divan tutması bu ölkənin əsl mahiyətini bir daha ortaya qoyur. Fransa rəhbərliyi bu antiinsani addımı atmaqla iç üzünü bütün dünyaya göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Fransa sübut edir ki, işğalçılıq, müstəmləkəçilik uzun illərdir davam etdirilən dövlət siyasətidir. Odur ki, Fransanın, xüsusilə də Makron hakimiyyətinin insan haqqlarından, demokratiyadan, beynəlxalq hüquqdan danışmağa heç bir haqqı yoxdur. Bu həmin Fransadır ki, Azərbaycanı ittiham edir, ölkəmizə qarşı şər-böhtan kompaniyası həyata keçirir və bizə daimi düşmənçilik hissi bəsləyir. Əslində isə Fransa özü dünyada sürətlə antidemokratik imic qazanan ölkəyə çevirilib. Yaxşı olar ki, Azərbaycanı ləkələmək, şərləmək əvəzinə rəsmi Paris öz siyasətində korrektələr etsin. Ölkədə insan haqqlarının, demokratiyanın təmin edilməsi istiqamətində ciddi addımlar atsın. Kütləvi həbslər, işgəncələr, repressiyalar və etirazçılara amansız rəftar edilməsi hazırda Fransada adi hal alıb. Əlbəttə ki, bütün bunların Avropanın mərkəzində baş verməsi  çox böyük təəssüf doğurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31