Fransa haqq səsini çıxaran fəallara qarşı görünməmiş vəhşiliklər həyata keçirir-Tural İsmayılov- ÖZƏL
1 Fevral 2024 16:58 Siyasət"Fransa neomüstəmləkəçiliyinin dünyada yaratdığı təhdidlərin fərqindədir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Ona görə də indiki çağdaş dövrdə bu neomüstəmləkəçilik siyasətini daha da dərinləşdirmək üçün adalarda, həmçinin özünün müstəmləkəçiliyi altında olan bölgələrdə repressiya siyasətləri həyata keçirir. Birincisi, beynəlxalq hüquq baxımından Fransa özünün coğrafi sərhədləri daxilində olmayan hansısa bölgələrdə bu müstəmləkəçiliyi davam etdirə bilməz. Çünki, birbaşa Fransa ərazilərinə daxil olmayan Korsika, Kaledoniya kimi adaların özünün öz müqaddəratını təyin etmək hüquqları var. Digər tərəfdən siyasi baxımdan da bu böyük bir insanlıq xarici bir addım kimi dəyərləndirilməlidir. İnsanların haqlarını tapdalayıb həmin bölgələri istismarın qalası halına gətirən Fransa haqq səsini çıxaran fəallara qarşı belə görünməmiş vəhşiliklər həyata keçirir. Təəssüflər olsun ki, insan haqlarından, ədalətdən danışan beynəlxalq təşkilatlar və dövlətlər Fransanın Korsikalı milli fəallara qarşı həyata keçirdiyi bu vandal hücumlarına heç bir reaksiya vermir. Dəfələrlə həm "Nazione" hərəkatı, həm də Korsikadakı bir çox azadlıq hərəkatları Fransa polisi və güc strukturları tərəfindən vəhşiliklə yatırdılıbdır. Bir çox korsikalı və kaledoniyaları milli fəallar Fransada həbs altındadır. Bəziləri məcburi şəkildə ərazini tərk etmək durumunda qalıblar. Belə bir ölkənin bu gün bəşəri dəyərlərdən, beynəlxalq hüquqdan dən vurmağı özü də daha bir siyasi absurd deməkdir. Hesab edirəm ki, dünya ölkələri qlobal Bakı Təşəbbüs Qrupuna dəstəj göstərməlidir. Fransanın neomüstəmləkəçiliyinə son qoyulmağı üçün çağırışlar güclənməlidir və 21-ci əsrin qayda-qanunları, insani dəyərləri ilə uzlaşmayan bu tip addımlar kəskin şəkildə pislənməlidir".