Adının hallanması təsadüfi deyil, onu Qərbə daha yaxın siyasətçi kimi dəyərləndirirlər-Əli Mustafa- ÖZƏL

Ermənistan mediası artıq bir neçə gündür ki, baş nazir Nikol Paşinyanın hakimiyyətdən salınması planlarının anonsundan bəhs edir. "Hraparak" qəzeti yazır ki, əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə, Azərbaycanla sülh sazişi imzalamaqdan imtina etsə və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun yerinə Armen Qriqoryanın gəlməsi mümkündür. Görünən odur ki, Ermənistanda yeni bir Rusiya-Qərb oyunu başlayır. 

Siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlamasında bildirib ki, bu məsələ Ermənistanda intensiv müzakirə mövzusuna çevirilib. Mənbələr nə qədər doğrudur, bu haqda danışmaq çətindir. Sadəcə olaraq bu mövzu ətrafında müəyyən mülahizələr yürütmək olar:

"Bəzən bu dedi-qodunu "Qarabağ klanı" yayırmış kimi fikirlər də hallanır. Bəzən belə bir qənaət olur ki, bu xəbərləri Köçəryanın yaxın mətbuat orqanları tirajlayır, yəni həqiqətə uyğun deyil. Bəzən də başqa bir yanaşma var ki, yox, elə həqiqətən Qərbin özündən qaynaqlarınır, Qərb mənbələri də artıq bu barədə yazır, düşünür. Belə ehtimal var ki, Paşinyan hansısa səbəblərə görə Qriqoryanla əvəzlənə bilər. Bu əvəzlənməli Qərb düşünür.
Paşinyan son illər kifayət qədər əzilib. İki döyüş, iki məğlubiyyət yaşayıb. Müəyyən mənada bu gün Ermənistanda ictimai rəy sorğularında Paşinyanın heç var indiki kimi aşağı reytinqi olmayıb. Amma ona baxmayaraq, yenə də Ermənistandakı siyasətçilər içində ən reytinqlilərdən biri hesab olunur. Hər halda Qərb də, onun tərəfdarları da anlayırlar ki, Paşinyanın aldığı zərbələr heç də nəticəsiz deyil. Onun nüfuzuna müəyyən qədər zərbə vurur və ümumiyyətlə gələcəkdə onun hakimiyyəti qoruya, saxlaya bilməsi onlar üçün müəyyən risklər yarada bilər. 
Digər tərəfdən Paşinyan uzun müddət Rusiya, həm də Qərblə oynayır. Ona görə də, sanki, nə Qərb, nə də Rusiya ona birmənalı inanır. Bu baxımdan sanki, onun repitasiyasında müəyyən çatlar yaranıb. Hətta biz də o qənaətdəyik ki, Paşinyan iradəli bir insan deyil, şəxsiyyət kimi bütöv deyil. Onun tərəddütləri var. Bəzən öz dediyini özü təkzib edir. Yəni hərhalda Qafqazın və Ermənistanın indiki vəziyyətinə uyğun xarakter sahibi deyil. Ona görə də, o, həm öz tərəfdarlarının, həm də əks tərəfin də bəzən haqlı iradları ilə üz-üzə qalır. Nəhayət, Qriqoryanın adının hallanması da təsadüfi deyil. Onu Qərbə daha yaxın münasibəti olan siyasətçi kimi dəyərləndirirlər. Eyni zamanda, o bir qayda olaraq Qərbdədir, heç Ermənistanda tapılmır. Ona görə də, Qərb ona daha çox güvənir və özlərinə Paşinyandan daha yaxın görürlər. Bu idealar da var. 
Hər halda bu söhbətlər var. İndi bunlar nə qədər realdır, biz bunu yaxın günlərdə görəcəyik. Amma eyni zamanda, Ermənistanda bu il növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda da söhbətlər var. Hətta mümkündür ki, Ermənistan özü də lider dəyişikliyinə getsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31