Xalqımız Liderinə sonsuz güvənir-Şəbnəm Həsənova- ÖZƏL

"Konvensional sistem ümumi, bir növ müti çərçivə təqdim edirsə, müasir beynəlxalq münasibətlərdə diplomatiyaya təsir edən əsas dəyişikliklər bir növ öz-özünü müəyyən edir". 

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a   açıqlamasında bildirib:

"Bu, daha çox regional əməkdaşlıq və qabaqlayıcı diplomatiya da daxil olmaqla bir sıra cari narahatlıqlar barədə məlumatlar vermək, siqnalları dərhal ötürməklə müşahidə olunur. Sözsüz ki, mövcud amil qloballaşma və informasiya texnologiyalarının sürətli inkişafı ilə də birbaşa əlaqədardır. Zənnimcə, bu həm də sadaladığımız amillərin insan təfəkkürü və sivilizasiyanın inkişafı ilə də birbaşa bağlıdır ki, geniş mənada xalqlar, millətlər, dar mənada isə individuallar özünü dərk və təsdiq üzərində daha çox mülahizələr aparırlar. Əslində, belə olduğu təqdirdə müasir dünyada geniş və dar məfhumunun mənasının özü də sadəcə forma və məzmun deyil, həm də mahiyyətini fundamental dəyişir. 
Dövlətlərarası münasibətlər bir tərəfdən qloballaşma prosesi, digər tərəfdən isə parçalanma və lokallaşma qüvvələri ilə səciyyələnən mürəkkəb və bəzən paradoksal kontekstdə fəaliyyət göstərməyə məcbur qalır. Təzyiq, məcburetmə, təhdid, güclə hədələmə kimi amillər təəssüf ki, hələ də hökm sürməkdədir. Qarşıda duran yeni çağırışlara texnoloji tərəqqi, Qeyri Hökumət Təşkilatları, parlamentlər və regional hakimiyyət orqanları kimi yeni aktorların meydana çıxması daxildirsə, təhlükəli məsələ kimi dövlətin suverenliyinin nisbətən aşağı düşməsi ilə əlaqədardır. Bu kimi mənfi amillər bəlli dairələr tərəfindən şüurlu şəkildə yaradılan, genişlədilən və dövriyyəyə buraxılan meyillərdir. Belə bir çətin şəraitdə dövlətin suverenliyini qorumaq, milli maraqları təmin etmək, bununla bərabər dünya birliyinə ləyaqətli şəkildə inteqrasiya etmək, sözsüz ki, asan olmayan, özündə mürəkkəb kombinasiyaları ehtiva edən məsələdir. Odur ki, liderlər öz iş üsullarını yeni mühitə uyğunlaşdırmalı, daha açıq və çevik olmalı, texnoloji inqilabın təqdim etdiyi imkanlardan tam istifadə etməyi bacarmalı, öyrənməlidirlər. Müasir dövr müxtəlif bacarıqlar, xüsusən də danışıqlar sənəti ilə tanışlıq, multikultural mühitdə işləmək bacarığı və müxtəlif aktorlarla, xüsusən də vətəndaş cəmiyyəti ilə əməkdaşlığa açıqlıq tələb edir. Məhz bu kimi amillər dünya düzəninin yeni inkişaf trendlərini, metodlarını və alətlərini ehtiva edir. Müasir dünya düzəninin son uğursuzluqları ayrı-ayrı dövlətlərin kifayət qədər dəstəyi olmadan beynəlxalq asayişi bərqərar etmək üçün həddindən artıq iddialı cəhdlər edir ki, bu da yeni dünya düzənin formalaşdırılmasında mənfi hal kimi xarakterizə olunmaqdadır. Odur ki, konvensionaldan modern çağa keçidin gətirmiş olduğu burulğanı idarə etmək qabiliyyətinə malik liderlər yeni mərhələyə uğurla çıxa biləcək insanlar kimi görülür, dəyərləndirilirlər. Dünyanın dinamik geosiyasi mühitində liderin hadisələrə yanaşması qədər davranışı, onlara reaksiyaları da önəmlidir. Liderə çevrilən insanlar lider olmayanlardan unikal şəkildə xüsusidirlər və onları fərqləndirən şəxsi keyfiyyət və xüsusiyyətlərə malikdirlər. Bütün bu nəzəri amillərin fövqündə dayanan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev sadəcə Azərbaycanda yaşayan din, dil, milli mənsubiyyət, sosial kateqoriya və sairə bu kimi indikatorlardan asılı olmadan Azərbaycan vətəndaşları, dünyada yaşayan azərbaycanlılar tərəfindən dəstəklənirsə, qürurverici məqam həm də odur ki, dünya liderləri xalqımıza qələbə bəxş etmiş dövlət başçımızı nümunəvi lider kimi görür, bu məsələni mötəbər kürsülərdən səsləndirirlər. Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin müsbət nəticəsi ondan ibarətdir ki, dövlət başçımız Azərbaycanı dünya siyasətində baş verən hadisələrdə müşahidəçi obrazdan, istiqamət və prioritetlərin işlənib hazırlanmasında rolunu gücləndirmiş, təsdiq etmiş aktora çevirməyi bacarıb. 
Dünyada təəssüf doğuran məqam ondan ibarətdir ki, bu gün dünya həqiqətə sahib olanların deyil, onun sahibliyinə iddia edənlərin təsiri altındadır. Mənfi amil isə sadəcə bir-birinə qarşı münasibətdə ənənəvi düşmənin bəlli olması deyil, real və ya xəyali olmaqla yeni düşmənlərin axtarışının ciddi şəkildə davam etməsidir. Odur ki, süni qütbləşmə dünyanın bir sıra yerlərində yenidən aparıcı qüvvə kimi meydana çıxır. Daha öncəki illərdə müşahidə edilən meyil müəyyən dərəcədə Şərq-Qərb uçurumunun aradan qalxması və qloballaşmaya doğru gedişin bir-birindən daha çox asılı olan dünya üçün fürsət yaratması idisə, indi bucaqların iti fərqi müşahidə olunur. Bu isə Cənubi Qafqaz kimi çətin bir regionda dünyaya münasibətdə etibarlı tərəfdaşlara müsbət və əks meyillərə qarşı isə son dərəcə diqqətli siyasət yürütməyi tələb edir. Dostların artırılması, münasibətlərin möhkəmləndirilməsi, düşmənlərin isə ən kritik məqamda neytrallaşdırılması vacib amildir. Azərbaycanın milli maraqlarını təmin edən, Azərbaycan xalqının haqq səsinin carçısı olan cənab Prezident İlham Əliyev mürəkkəb situasiyalarda çətin tapşırıqların öhdəsindən gəlir.  Xalqımız Liderinə sonsuz güvənir və Ümummilli lider Heydər Əliyev siyasətinə bir gün deyil, hər gün səs verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31