Laçında yaşayan QHT sədri: “Qürur hissi ilə səs verəcəyəm”

"Prezident seçkilərində fəal iştirak etmək hər birimizin borcudur. Çox xoşbəxtəm ki, fevralın 7-də uzun illər həsrəti ilə yaşadığım Laçında səs verəcəm. Bu, biz laçınlılar üçün ən yaddaqalan tarix olacaq". Bu fikirləri secki-2024.az saytına açıqlamasında Laçın şəhər sakini, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad (Nəsirova) deyib.

QHT sədri həmçinin bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2023-cü il iyul ayının 18-dən öz doğma ata-baba yurdunda daimi məskunlaşıb: "Laçına qayıtmaq, burada yaşayıb fəaliyyət göstərmək ən böyük arzum idi. Şükür, xəyallarım gerçək oldu. Fevral ayının 7-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin şəffaf və demokratik keçirilməsi üçün Laçında hər çür şərait yaradılıb. Mən də böyük qürur hissi ilə Laçın şəhər 2 nömrəli orta məktəbin binasında yerləşən 105 saylı seçki məntəqəsində öz namizədimə səs verəcəyəm. Bütün laçınlılar bu tarixi hadisənin iştirakçısı olmaq üçün səbirsizliklə seçki gününü gözləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31