90 saylı Ağsu seçki dairəsində 3 560 nəfər ilk dəfə səs verəcək
1 Fevral 2024 15:48 Siyasət"90 saylı Ağsu seçki dairəsi bütövlükdə rayonun inzibati ərazisini əhatə edir. Seçki dairəsi üzrə 62 seçki məntəqəsi fəaliyyət göstərir. Ümumən 52 162 seçicimiz var". Bu barədə secki-2024.az saytına açıqlamasında 90 saylı Ağsu dairə seçki komissiyasının (DSK) sədri Azad Dursunəliyev deyib.
DSK sədri bildirib ki, ötən dövr ərzində seçki məntəqələrinin hər biri lazımi inventarlarla təchiz olunub: "Məntəqə seçki komissiyalarının üzvləri ilə treninqlər keçirilib. 3 560 nəfər ilk dəfə səs verəcək seçici qeydə alınıb ki, onların 102 nəfəri 18 yaşı təzə tamam olanlardır. 100 yaşdan yuxarı seçicilərin sayı isə 2 nəfər təşkil edir. DSK üzrə bu günə qədər 550 nəfər qeydiyyatdan çıxma vərəqi alıb. Seçiçi siyahıları ilə bağlı tam dəqiqləşdirmələr aparılıb. Seçicilər elektron şəkildə öz adlarını seçici siyahısında müəyyənləşdirə bilər".