Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur- Deputat
1 Fevral 2024 13:51 Siyasət"Avropadan, xaricdən fondlar kütləvi pullar buraxır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar. Odur ki, "Məişət zorakılığının qarşısının alınması haqqında" 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib: "Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim? Bunun qarşısı alınmalıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31