Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa məruz qalır- Deputat

Azərbaycanda fiziki məhdudiyyətli qızların cinsi zorakılıqdan qorunması üçün qanunvericiliyə dəyişiklik təklif olunur. "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elşad Mirbəşir parlamentin fevralın 1-də keçirilən ilk plenar iclasında çıxış edib. Qeyd edib ki, qadınlar arasında əlillik 19-20 % təşkil edir: "Kişilər arasında bu göstərici 12 %-dir. Qadınlar və qızlar daha çox fiziki və məişət zorakılığına məruz qalır. Dünya miqyasında dövlətlərin böyük əksəriyyəti fiziki imkanları məhdud olan insanlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər, qanunvericilik çox zəifdir. Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa da məruz qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31