Geni dəyişdirilmiş məhsullardan xilas olmaq lazımdır - Deputat

"Azərbaycanda satılan kənd təsərrüfatı məhsullarının üzərində lazımi məlumatlar öz əksini tapmalıdır. Azərbaycan xalqı sağlam yaşamalıdır, əhalini geni dəyişdirilmiş məhsullardan xilas etmək lazımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli bildirib: "Bəzən deyirlər ki, heç kim acından ölmür, kifayət qədər ərzaq var. Doğrudur, indi məhsul çoxdur, amma geni dəyişdirilmiş məhsulların hesabına çoxdur. Ola bilsin insanlar bir az çox yaşayır, amma xəstə yaşayır. İnsanların 90 %-i geni dəyişdirilmiş məhsulların qəbuluna görə uşaqlıqdan qocalığa qədər xəstə olur, müəyyən orqanlar sıradan çıxır, ömür boyu dərman qəbul edib sağlamlığını qorumağa çalışırlar. Bütün məhsulların geni dəyişdirilib. Heyvanlara geni dəyişdirilmiş yem yedizdirilir. Azərbaycan əhalisini geni dəyişdirilmiş, zəhərli, öldürücü məhsullardan xilas etmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31