“Azərbaycanda qida zəhərlənməsi halları artıb”- Deputat

"Son zamanlar Azərbaycanda qida zəhərlənməsi halları artıb". "Olaylar" xəbər verir ki, bunu parlamentin bugünkü iclasında "Qida təhlükəsizliyi haqqında" qanuna təklif edilən dəyişiklərin müzakirəsi zamanı deputat Azaq Quliyev deyib. Deputat bildirib ki, bu məsələdə statistika düzgün aparılmalıdır: Qida zəhərlənmələrindən ölənlərin sayı artıb. Bu da Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) üçün ciddi siqnal olmalıdır. Bu kimi halların səbəbləri ilə bağlı ictimaiyyətə məlumat verilməlidir".

A.Quliyev eyni zamanda vurğulayıb ki, AQTA tək qidanın təhlükəsizliyinə yox, eləcə də keyfiyyət məsləsinə də fikir verməlidir: "Bu gün bazarda keyfiyyəti aşağı və təhlükəli qida məhsulları satılır. Bundan başqa, keyfiyyətsiz və təhlükəli qidalar sərhədi keçərək ölkəyə daxil olur. Bu məsələyə ciddi yanaşmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31