Deputat parklanma qiymətlərində güzəştlər təklif edib

"Hazırda tətbiq olunan parklanma qiymətləri çox ciddi rəqəmə gətirib çıxarır".  "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, gün ərzində 8 saat iş yerində olan insanlar var: "Belə əziyyət onlar da daxil olmaqla ali məktəbə gələnlər üçün də problem yaradır. Güzəştli kateqoriyalar yaradılmalı, bu şəxslərə parklanma qiymətlərində güzəştlər tətbiq edilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31