Hərbi toplanış qaydaları dəyişir
1 Fevral 2024 12:43 SiyasətAzərbaycanda hərbi toplanışlar keçirilməsi qaydası dəyişir. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bununla əlaqədar olaraq "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəddə bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün qanuna dəyişiklik təklif edilir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31