Parlamentin Hesablayıcı Komissiyası yenidən formalaşdırılıb
1 Fevral 2024 12:21 SiyasətParlamentin Hesablayıcı Komissiyasının tərkibi yenidən formalaşdırılıb. Olaylar xəbər verir ki, bununla əlaqədar Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında "Milli Məclisi Hesablayıcı komissiyasının yaradılması haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb. Sənədə əsasən, Hesablayıcı Komissiyanın aşağıdakı tərkibdə yaradılması təklif olunur: Eldar Quliyev, Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Mixail Zabelin.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31