Parlamentin İntizam komissiyasının tərkibi dəyişdirilib
1 Fevral 2024 12:18 SiyasətMilli Məclisin İntizam komissiyası yenidən formalaşdırılıb. "Olaylar" xəbər verir ki, bununla bağlı parlamentin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi bugünkü plenar iclasda müzakirəyə çıxarılıb. Komissiyanın tərkibinə yeni üzv əlavə edilib. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsi ilə əlaqədardır. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alıb.
Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31