Türkiyəli jurnalist Azərbaycandakı prezident seçkilərindən yazıb
1 Fevral 2024 12:10 SiyasətTürkiyənin "Haber7" portalı Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən yazıb. Secki-2024.az saytı xəbər verir ki, məqalənin müəllifi "Haber7"nin yazarı Hasan Öztürkdür.
Öztürk bildirir ki, o, Azərbaycan işğalda olan torpaqlarını azad etdikdən sonra ölkədəki siyasi atmosferin necə dəyişdiyinə şahidlik edib.
"Azad edilən Vətən torpaqları Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində qızğın iş gedir. Belə bir atmosferdə Azərbaycan prezident seçkilərini bir il önə çəkərək 7 fevralda seçkiyə gedir"- deyə, məqalədə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31