Bələdiyyə sədrləri də xalq tərəfindən seçilsin - Komitə sədrindən təklif
1 Fevral 2024 12:11 Siyasət"Ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək: "Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur, azaldılmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deyən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur: "Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olur. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır".