Müasir gəncliyin sahib olduğu əsas dəyər onların vətənpərvərliyidir- ÖZƏL
1 Fevral 2024 11:35 Siyasət"Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ən vacib məqamlarından biri də bu gün ölkəmizdə formalaşmış gəncliyin bu müqəddəs vəzifənin icrasında çox mühüm rol oynaması idi". "Olaylar" xəbər verir ki, bunu deyən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun sözlərinə görə, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan gəncliyi hər kəsə sübut etdi ki, vətənpərvər, savadlı, dövlətçilik tarixinə və milli kimliyinə sadiqdir: "İstər ön cəbhədə döyüş meydanında, istərsə də arxa cəbhədə informasiya müharibəsində gənclərimiz böyük qəhrəmanlıq sərgilədilər. Bu gənclər məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşıblar. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, fəaliyyət istiqamətindən, peşəsindən asılı olmayaraq gənclərimizin sahib olduğu əsas dəyər onların vətənpərvərliyi və azərbaycançılıq məfkurəsidir. Bu gün Azərbaycan gəncləri fəaliyyət sahəsindən asılı olmayaraq, milli maraqların qorunması və təbliğində, həmçinin ölkənin ictimai-sosial həyatında ən fəal iştirakçılardandır".