Gənclərimiz yeni hədəflərə doğru inamla addımlayır- ÖZƏL

"Bu gün hər bir Azərbaycan vətəndaşı həyatının ən qürurverici günlərini yaşayır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız dalğalanır". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "Soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Böyük Qayıdışın müəllifi olan cənab İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin  nə qədər vətənpərvər olduqlarını, torpaq, Vətən yolunda hər an canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdi. Onlar qəhrəmanlıqları, şücaətləri ilə özünəgüvəni artırdı, hər birimizin qürur ünvanına çevrildilər. Bu gün hər birimiz gənclərimizlə fəxr edirik. Gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31