Azərbaycana qarşı Qərbin təzyiqləri arta bilər- ÖZƏL
1 Fevral 2024 10:22 Siyasət"Azərbaycanın 30 il formalaşmış xarici siyasəti yeni siyasi çağırışlara hazır deyil. Beynəlxalq geosiyasi nizam dəyişir, Qarabağ məsələsi həll edilib. Balans siyasətini davam etdirmək riskli olacaq və Azərbaycana qarşı Qərbin siyasi və növbəti mərhələdə iqtisadi təzyiqləri arta bilər. Azərbaycanın Xarici siyasətdə yeni strategji yanaşma tələb edir. Azərbaycan üçün Qərblə əməkdaşlıq çətinləşir. Azərbaycan xarici siyasəti oturuşmuş balans siyasətini dəyişməlidir". "Olaylar"ın məlumatına görə, bunu MCP başqanın müavini Məhəmməd Əsədullazadə deyib:
"Qərb üçün Azərbaycanın qazı və nefti bir o qədər də strateji əhəmiyyət kəsb etmir. Biz bunu Avropanın Rusiyaya qarşı sanksiyalarından şahidi oldu. Halbuki Avropa Rusiya qazından və təbii ehtiyatlarından kifayət qədər asılı idi. Azərbaycan qazı üçün yeni bazarlara çıxış axtarmaq lazımdır. Üç il bundan əvvəl, fəxr etdiyimiz xarici siyasət hazırda yeni şərtlərlə uyğun deyil. Azərbaycana bir müddətdən sonra Rusiya və İrandan təzyiqlərdə arta bilər. Azərbaycanda islahatlar başlamalı və Qərblə konfontrasiyanı dərinləşdirməməlidir".