Qazaxıstan mətbuatında Azərbaycanda keçiriləcək Prezident seçkiləri barədə məqalə dərc edilib
1 Fevral 2024 10:15 SiyasətQazaxıstanın "İnbusiness.kz" saytında Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə məqalə yayımlanıb.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, məqalədə Prezident seçkilərinin nəticələrinin Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi-ticari əlaqələrə təsiri barədə proqnozlara yer verilib. Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında təkcə möhkəm dostluq münasibətləri deyil, həm də nəhəng ticari-iqtisadi əlaqələr mövcuddur.
"Biz ticarətin əhəmiyyətli dərəcədə artırılmasından danışırıq. Beş il ərazində on, iyirmi dəfə çoxalan artımlardan bəhs edirik. Bunlar çox böyük rəqəmlərdir", - deyə jurnalist Kuat Dombay fikrini bildirib.
"Ekspertlər yekdilliklə Azərbaycanda keçiriləcək Prezident seçkilərinin Qazaxıstanla münasibətlərin maksimum stimullaşdırılmasına, həmçinin "Transxəzər" nəqliyyat dəhlizinin inkişafını sürətləndirməyə və Türk Birliyinə (Türk Dövlətləri Təşkilatı nəzərdə tutulur - red.) dinamika əlavə etməyə imkan verəcək", - deyə yazıda vurğulanıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanla Qazaxıstan arasında ötən il ticarət dövriyyəsinin həcmi 417 milyon manat olub. Qazaxıstanlı analitiklərin fikrincə, bu rəqəm artacaq.