Təhsil işçiləri artıq seçimlərini ediblər- ÖZƏL

Qubadlı rayonunda təhsil işçiləri ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Ceyhun Məmmədov məlumat verib: "Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının qərargahında təhsil sahəsində çalışan seçicilərlə görüşdük.
Seçicilərlə hər görüşümüzdən sonra onların simasında görünən seçkilərə olan ruh yüksəkliyindən tam əminliklə demək olar ki, 07 fevral 2024-cü il tarixində keçiriləcək Prezident seçkilərində hamı bir nəfər kimi seçki məntəqələrinə gedəcək, Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədimiz İlham Heydər oğlu Əliyevə səs verəcək!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31