Xankəndindəki "miatsum"çular ABŞ-da peyda olublar- ÖZƏL

"Yanvarın 30-31-də ABŞ-də keçirilən  beynəlxalq din azadlığı sammitinin spikerləri sırasında 5 hayın olması çox şeydən xəbər verir. Yeri gəlmişkən onlardan biri də Xankəndindəki "miatsum"çulardandır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, sammitə bir həftə qalmış "Texasın Azadlığı Koalisiyası" adlı lobbi qrupunun prezidenti Cessika Filds  özünün X-dəki akkauntunda Azərbaycanda terrora və  dövlət çevrilişinə hazırlıq görməkdə suçlu bilinib 12 il  həbsdə yatan birinin gizli yolla Meksikadan ABŞ-yə keçdiyi haqda yalan yaymışdı:   
 "Mümkündür ki, sözügedən sammitdə hayların spikerliyi ilə paralel bu yalanın  dövriyyəyə buraxılması arasında bir bağlılıq var. Yəqin ki,  Dövlət Departamentindəkilər İranın agenti olduğunu özlərinin yaxşı bildikləri həmən  "islamçı"nın da o sammitdə  haylarla birgə  Azərbaycan əleyhinə danışmasını istərdilər. Bəlkə, dəvət də göndəriblər, sadəcə, məsələ burasındadır ki, onun ölkədən çıxışına qadağa qoyulub. 
Sammitdə məqsədin nə olduğunu bilmək üçünsə onun icraçı direktoru Piter Bernsin könlündən ABŞ  Prezidentliyi keçən hind əsilli təlxək Viveka Ramasvaminin əynində xaçlı cəngavər geyimi, əlində isə Ermənistanın bayrağını tutduğu şəklini bir tərəfdarı olaraq  X-də paylaşdığını xatırlatmaq yetər. 
Onu da qeyd etmək lazımdır ki, ABŞ Senatı da sammitin həmsədri rolunda çıxış edir. O Senat ki, xarici əlaqələr komitəsinin sədri Bencamin Kardin elə bu günlərdə sələfi rüşvətxor Menendesin ənənəsini davam etdirərək ölkəmizlə bağlı qərəzli açıqlama verib.
Bütün bunların nə üçün edildiyi isə kimsəyə sirr deyil. Bununla bir tərəfdən ABŞ-in izni olmadan Azərbaycanın torpaq bütünlüyünü və üzərində suverenliyini tam təmin etməsindən narazılıq sərgilənir, digər tərəfdən isə noyabrda keçiriləcək seçkilərdə haylardan dəstək umulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31